Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.

Don’t teach your grandmother (granny) to suck eggs. / Сf. Cooks are not to be taught in their own kitchen. / Shall the goslings teach the goose to swim? Яйца курицу учат. / Незнайка знайку учит.
Bu xına o xınadan deyil.
bu imiş əngəl!
OBASTAN VİKİ
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017). Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Həyat öyrədir (film, 1961)
== Məzmun == Film əvvəlcə səhv addım atan "Şəfəq" sovxozunun sürücüü İsmayılın (Giuli Çoxonelidze) sonradan səhvini başa düşənrək həyatdan ibrət dərsi götürüb, cəmiyyətimiz üçün faydalı adam olmasından danışır.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Bu bizik
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
Bu Şəhərdə
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, sondur
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı.
"Bu Şəhərdə" Prodakşn
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərov Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Bu, Mircavaddır (1987)
Bu, Mircavaddır qısametrajlı sənədli televiziya filmii rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film tanınmış Azərbaycan rəngkarı Mircavad Cavadova həsr olunmuşdur. == Məzmun == Film tanınmış Azərbaycan rəngkarı, sağlığında yaradıcılığına dövlət orqanları tərəfindən göz yumulan, istedadlı rəssam Mircavad Cavadova həsr olunmuşdur.
Bu, Şotlandiyanın neftidir
Bu, Şotlandiyanın neftidir (ing. It's Scotland's oil) — 1970-ci illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) istifadə etdiyi siyasi şüar. Şotlandiya sahillərində yerləşən Şimal dənizinin neftli-qazlı hövzəsində yataqların istismar edilməsindən sonra ŞMP bu faktdan öz siyasi kampaniyası üçün istifadə etməyə başlamışdı. ŞMP iddia edirdi ki, neft hasilatından əldə olunan gəlir yalnız Şotlandiyanın müstəqilliyi halında onun inkişafı üçün xərclənə bilər. Bunun ardınca onlar Şotlandiya parlamentinin bərpası və sonradan Şotlandiyanın tam suverenliyi məsələsini qaldırmışdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == Murkens, J, Jones, P & Keating, M (2002) Scottish independence — A Practical Guide. Edinburgh University Press. Edinburgh. Kemp, A.G & Stephen, L (1999) Expenditures and Revenues from the UKCS — Estimating the hypothetical Scottish Shares 1970—2003 North Sea Study Occasional Paper No. 70.
Bu divarı sökün!
"Bu divarı sökün!" (ing. Tear down this wall!) — ABŞ Prezidenti Ronald Reyqanın 1987-ci il 12 iyun tarixində Qərbi Berlində söylədiyi nitqin bir hissəsi. O zaman Reyqan, SSRİ dövlət başçısı Mixail Qorbaçova müraciət edərək 1961-ci ildən bəri Berlin şəhərini qərb və şərq hissələrinə ayıran səddin aradan qaldırılmasına çağırış etmişdir. Nitq o zaman nisbətən kiçik media əhatəsi qazansa da, 1989-cu ildə Berlin divarının sökülməsindən sonra daha çox tanındı. Lakin nitqin divarın yıxılmasında nə qədər təsirli olması ilə bağlı müzakirələr var. == Zəmin == "Bu divarı sökün" adlanan nitq Ronald Reyqanın Berlin divarına yönəlmiş ilk çıxışı deyildi: 1982-ci ildə Qərbi Almaniyaya səfəri zamanı o, bəyan etdi ki, "Mən Sovet İttifaqı liderinə bir sual ünvanlamaq istəyirəm […] Nəyə görə orada divar mövcuddur?" Divarın tikilməsindən 25 il sonra 1986-cı ildə, buna cavab olaraq, Qərbi Almaniyanın "Bild" qəzeti Reyqana belə bir sual ünvanladı ki, "O, divarın sökülə biləcəyini nə zaman düşündü?" və cavab olaraq, Reyqan bildirdi ki, "Mən divarın sökülməsi üçün məsul şəxslərə [bu gün] çağırış edirəm". Reyqanın 1987-ci ildə Berlinə olan səfərindən öncə 50.000 insan ABŞ Prezidentinin gəlişi əleyhinə nümayiş keçirdi. Onun gəlişi dövründə baş verə biləcək hər hansı anti-Reyqan nümayişlərinin qarşını almaq məqsədi ilə Berlin şəhərinin geniş bir ərazisi bağlandı. Xüsusilə Kroytsberq küçəsi bu məqsədlə əsas götürülərək, şəhərin bu hissəsi boyunca hərəkət tamamilə məhdudlaşdırıldı. Nitq həmçinin Reyqan administrasiyası üçün də çox böyük anlaşılmazlıq mənbəyi idi.
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu qadın (mahnı)
Bu sevgi (mahnı)
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Yusif Bu-Ariş
Bu həyat (serial)
Bu həyat (ing. This Life) — 1996–1997-ci illərdə BBC Two telekanalında yayımlanan Britaniya televiziya dram serialı. Emi Cenkins tərəfindən yaradılmış olan bu serial World Productions tərəfindən istehsal olunmuşdur. Serial iyirmi yaşlarında bir qrup hüquq məzunu olan otaq yoldaşının həyatından bəhs edir. Serialın uzun müddətdən sonra 2007-ci ildə personajların yenidən bir araya gəldiyi xüsusi bir epizodu buraxılmışdır.
Bu oğlanın həyatı
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Dünən, bu gün, sabah
Dünən, bu gün, sabah (film, 1963)
O olmasın, bu olsun
O olmasın, bu olsun (film, 1956) — 1956-cı ildə çəkilən film. O olmasın, bu olsun (operetta) — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911).
Sidi-Bu-Zid (vilayət)
Sidi-Bu-Zid vilayəti (ərəb. سيدي بوزيد‎) — Tunisin 24 vilayətindən biri. Sidi-Bu-Zid vilayətinin ərazisi 7 400 km2-dır. 2014-cü ilə olan məlumatlara əsasən Sidi-Bu-Zid vilayətinin əhalisi 430 912 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.